|

Cinayətkar dairələrdə daha çox "Batya" kimi tanınan, vaxtilə Nadir Səlifova("Quli") yaxınlığı ilə tanınan “qanuni oğru” Otari Totoçiya Kiprdə 66 yaşında vəfat edib.
Otar Totoçiya 1959-cu ildə Suxumidə anadan olub. Rusiya həbs düşərgələrində cəza çəkən Otar Totoçiya tezliklə Rusiyanın ən nüfuzlu “qanuni oğru”larından birinə çevrilib. Onun təsiri xüsusilə Ural və Qərbi Sibirin neft hasil edən bölgələrində geniş yayılıb.
2000-ci illərin sonlarında 17 ildir həbsdə olmayan və toxunulmaz hesab edilən Otar Velikiy Ustyuqda narkotik qaçaqmalçılığına görə bir il yarım həbsxanada yatıb. Həbsdən çıxdıqdan sonra Moskvada məskunlaşıb və Cinayət Məcəlləsində “qanuni oğru” lara qarşı maddənin tətbiqinə qədər Rusiya paytaxtında yaşayıb.
Rusiyanı tərk etdikdən sonra Totoçiya Türkiyədə azərbaycanlı “qanuni oğru” Qulinin yanına yerləşib. Bu o vaxtlar idi ki, "Quli" "Kvejoviç", "Badri" və başqalarına qarşı münaqişələrdə idi. Totçiya Qulinin tərəfini tutaraq, uzun müddət davam edən neytrallığını pozub. Rusiyanın “1 nömrəli” kriminal avtoriteti daha çox "Şakro" kimi tanınan Zaxari Kalaşovun “oğru” titulundan mərhum etdiyi "Quli"nin himayəsində olan Arman Caninyanı yenidən kriminal aləmdə nüfuz sahibi olmasına “səs verdiyi” üçün ciddi təzyiqlə üzləşib. Şakroya görə, Arman “oğru” titulu qazanmağa layiq olmayıb, çünki onun cəzasını çəkdiyi düşərgədə "qanunsuzluq" hökm sürürüb. Amma “qanuni oğru” belə hallara dözməli deyildi. "Quli"dən sonra onun taxtına oturan qardaşı Namikin dəstəyindən məhrum olan Otar Kiprə köçüb və orada dünən ağır xəstəlikdən ölüb.
Musavat.com
Geri qayıt
|