Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda işçinin haqqı BELƏ YEYİLİR...

Azərbaycanda işçinin haqqı BELƏ YEYİLİR...


Bu gün, 04:15

"Azərbaycanda 1 saatlıq əməyin dəyəri 26,4 dollar müəyyən edilib... Nəticədə isə..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən hüquq elmləri doktoru, iqtisadçı ekspert Vüsalə Əhmədova ilginc bir məqama toxunub.
"Ölkədəki orta aylıq əmək haqqını təqribən 900-1000 manat götürsək, belə olan halda saatlıq əmək haqqı təqribən 5-6 manat edəcək..." deyən ekspert daha sonra fikrini belə davam etdirir: "Onda təbii olaraq sual yaranır, necə olur ki, iqtisadiyyat 1 saatda 44 manat dəyər yaradır, amma işçiyə 5 manat düşür?
Başa düşürük 44 manatın hamısı əmək haqqı deyil, içərisində mənfəət, vergilər, amortizasiya, kapital gəlirləri kimi bir çox göstəricilər mövcuddur. Lakin, 1 saatlıq əməyin iqtisadi məhsuldarlığı 44 manatdırsa və ən yaxşı halda işçiyə 5 manat verilirsə, ortada ciddi gəlir bölgüsü ədalətsizliyi mövcuddur..."

Geri qayıt