Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın BMT müstəvisində HƏMFİKİRLƏRİ...

Azərbaycanın BMT müstəvisində HƏMFİKİRLƏRİ...


Bu gün, 03:42

Dünənki yazımın davamı olaraq: sən demə Azərbaycan BMT`də qonşuları arasında ən çox dostluq etdiyi İran, Ermənistan və Rusiyadır:
İranla 66% eyni səs
Ermənistanla 64% eyni səs
Rusiya ilə 58% eyni səs
Türkiyə ilə 56% eyni səs
Gürcüstanla 44% eyni səs
Bu arada, Türkiyənin dünya üzrə ən yaxın dostlarına da baxaq: İspaniya, Portuqaliya, Yunanıstan, Finlandiya, Luksemurq, Monteneqro, Norveç, Sloveniya, Belçika, Danimarka.
Dünən göstərdiyim bizim dostları da xatırladım? Müqayisə üçün. Yaxşı. Bunlardır: Mavriki, Yamayka, Qırğızıstan, Syerra Leone, Mavritaniya, Trinidad və Tobago, Qviana, Belize, Özbəkistan, Banqladeş.
Türkiyə ilə bir-birimizdən əməllicə ayrı düşmüşük, çünki qlobal məsələlərdə Türkiyə özünün Qərb müttəfiqləri ilə yekdil səs verir. Niyyətin hara, mənzilin də ora. Sonra təəccüblənirik ki, niyə Azərbaycan birdən-birə Yaxın Şərq ölkəsinə çevrildi.
Qeyd. Kimsə, dünən paylaşdığım rəqəmləri başqa yerdə axtarıb bu mövzuda fərqli ya da oxşar fikirlər söyləmək istədi. Gərək bəri başdan bildirərdim ki, axtarmayın, bayram tətillərində tənbəllik etməyib məlumatları arxivdən özüm endirmişəm, hesablamaya uyğun formata salmışam. 1-2 gün elə ona gedir. Hesablamanın özü isə asan işdir.
Müəllif: İlqar Məmmədov - Mənbə: "DİA-AZ"

Geri qayıt