Əsas Səhifə > Ana xəbər / Güney Press > Su altında qalan Bakı: PUL YEYİLİB...

Su altında qalan Bakı: PUL YEYİLİB...


Bu gün, 03:07

""Azərsu" ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynov demişdi ki, Bakıda yaşayanların sayı çoxalıb, nəticədə sudan istifadə artdığına görə kanalizasiya xətləri yüklənir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Aytən Məmmədova qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "O zaman bir çoxu Qorxmaz Hüseynovu bu fikirlərinə görə ələ saldı, sosial şəbəkələrdə lağlağı hədəfi oldu. Halbuki, dedikləri həqiqət idi.
Bakı tikiləndə, kanalizasiya sistemi qurulanda 5-6 milyon əhali üçün nəzərdə tutulmayıb axı...
İran prezidenti 10 milyonluq əhalinin 5 milyonunun paytaxtda yaşadığını eşidəndə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dedi ki, "ölkənin yarısı Bakıda yaşayır ki..."
İşsizlik, şəraitsizlik ucbatından kəndlərdən paytaxta sürətlə axın davam edir. Kəndlər var ki, qaz yox, yol yox, orta məktəb yox... Adamlar 2026-cı ildə bu yerlərdə qalıb necə yaşasın, necə dolansın?
Bir az yağış yağan kimi Bakının gölməçəyə dönməsinin səbəblərini həm də 1-2 milyonluq şəhərdə 5-6 milyon insanın yaşamasında axtarmaq lazımdır.
O da başqa məsələ ki, su və kanalizasiya sisteminin yenilənməsinə milyardlarla pul ayrılmışdı. O pulların nə dərəcədə səmərəli xərcləndiyini də bugünkü mənzərə göstərir..."


Geri qayıt