Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazim Bəydəmirli Müalicə Müəssisəsinə köçürülüb

Nazim Bəydəmirli Müalicə Müəssisəsinə köçürülüb


27-03-2026, 11:21

Dünən səhhəti pisləşən, 13 saylı cəza çəkmə müəssisəsində səhhəti qəfir pisləşən Nazim Bəydəmirli Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Bu barədə Gununsesi.infoya onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat verib.

Xatırladaq ki, Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə və təkrar törədildikdə) maddələrilə ittiham verilib. N.Bəydəmirli ittihamları rədd edir, onları uydurma adlandırır.

Nazim Bəydəmirli həbsini Gədəbəydəki ekoloji fəlakətə etiraz edən insanlara dəstəyi ilə əlaqələndirib.

Beynəlxalq təşkilatlar Azərbaycan hökümətini onu azadlığa buraxmağa çağırır.


Geri qayıt