Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddiası olmamalıdır

Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddiası olmamalıdır


24-03-2026, 12:10

“Ermənistan regionda elə münasibətlərin qurulmasına önəm verir ki, heç bir tərəf digərinə hücum etməyi düşünməsin”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.

“Ermənistanın heç vaxt ərazi iddiaları olmamalıdır və qonşularına qarşı heç bir iddiası yoxdur. Biz regionda elə münasibətlər qurmalıyıq ki, heç kim digərinə hücum etməyi düşünməsin. Regionumuzun dinc və müharibəsiz olmasını təmin etmək üçün hər şeyi etməliyik”, - spiker bildirib.

***

“Karapetyan Ermənistanı rublla satmaq istəyir”

“Samvel Karapetyan və təsis etdiyi “Güclü Ermənistan” Partiyası ölkəmizə biznes layihəsi kimi yanaşır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Spiker bu qüvvələrin Ermənistanı xarici ölkəyə satmaq istədiklərini bildiribş

“Ermənistan və vətəndaşları dollarla, avro ilə, hətta rublla satılmır. Bu layihənin baş tutmayacağı indidən bəllidir”, - Simonyan qeyd edib.


Geri qayıt