Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq


23-03-2026, 12:14

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin mətninin artıq razılaşdırıldığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

“Bütün məsələlərin həll olunduğunu, heç bir problem qalmadığını, Ermənistanla Azərbaycan arasında sülhün üzərində buludun olmadığını desək, məsələni şişirtmiş olarıq. Axı onilliklər boyu davam edən münaqişə olub, çoxlu qan tökülüb, yaralar təzədir, - nazir əlavə edib.

Mirzoyan qeyd edib ki, cəmiyyətlərin, hər iki ölkənin hakimiyyət orqanları və nümayəndələrinin ritorikalarında düşmənçilik tədricən azalır.


Geri qayıt