Əsas Səhifə > Ana xəbər / Güney Press > Boşalan İRAN ELİTASI...
Boşalan İRAN ELİTASI...19-03-2026, 08:00 |
|
41 yüksək vəzifəli şəxs! Bu, bilirsiniz nə deməkdir? Bu, bir dövlətin bütün siyasi və hərbi elitasının ən az 35-40 faizinin fiziki cəhətdən məhv edilməsidir!
Amma Pezeşkian açıq şəkildə küçədə gəzir, həm də qorumasız... Görünən o ki, koalisiya qüvvələri Pezeşkianı qətiyyən hədəf almaq istəmir, əksinə, onun yeganə siyasi güc kimi qalmasında xüsusi olaraq maraqlıdır. Niyə? Çünki:
- Pezeşkian həlledici azlığı - türk etnosunu təmsil edən siyasi personadlr;
- Pezeşkian xalq tərəfindən çox sevilir, təmiz və əsil vətənpərvər biridir, digər siyasi personalar kimi heç vaxt korrupsiyaya bulaşmayıb;
- Pezeşkian ultraradikal dini kəsimə aid deyil, Qərb koalisiyası ilə siyasi dialoqa müsait biridir;
- onun başçılığı altında İran imperial niyyətlərindən vaz keçib, iqtisadi inkişaf yolunu hədəf seçə bilər.
Pezeşkianın müsbət keyfiyyətləri çoxdur, ən əsası, onun üçün ölkənin iqtisadi inkişafı, xalqın rifahı nüvə silahına sahib olmaq istəyindən daha öndə gəlir. İranı yox olmaqdan və regionu çıxılması zor olan, uzun illər davam edəcək qanlı savaşlardan o qurtara bilər. Məncə, bunu ABŞ və İsrail də yaxşı başa düşür. Və mən belə hesab edirəm ki, İranın hərbi və siyasi elitasının fiziki məhvi məhz cənab Pezeşkianın yolunu təmizləmək üçündür. Yaxın gələcəkdə onun yeganə siyasi güc kimi Qərblə danışıqlar masasına oturması böyük ehtimaldır. Bu ehtimal gerçəkləşsə, mən qəti təəccüblənmərəm.
P.S. Bir yerdə oxudum ki, Pezeşkian istefa verib. Bilmirəm bu nə dərəcədə doğrudur, amma doğrudan da belə bir şey varsa, bu, müharibə partiyasının qələbəsi deməkdir.
Müəllif: Fərəməz Novruzoğlu - Mənbə: "DİA-AZ"
Geri qayıt |