Əsas Səhifə > Ana xəbər / Güney Press > Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi


18-03-2026, 17:43

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Həmkarlar İttifaqına yeni sədr seçilib.

Bu barədə Bizim.Media-ya AYB-dən məlumat verilib.

Belə ki, uzun müddət bu ittifaqa rəhbərlik edən tanınmış şair Firuzə Məmmədli ərizə yazaraq, istefa verib.


İclas zamanı onun yerinə tanınmış şair Faiq Balabəylinin namizədliyi irəli sürülüb.

Təklif səsverməyə qoyularaq qəbul edilib.


Geri qayıt