Əsas Səhifə > Ana xəbər / Güney Press > Molla rejiminin QARABAĞ YENGƏLİYİ...

Molla rejiminin QARABAĞ YENGƏLİYİ...


13-03-2026, 07:40

Qarabağ problemiylə bağlı danışıqlar prosesində İran mollakratiyası iki dəfə vasitəçilik rolunu öz üzərinə götürüb. Bu, problemin ortaya çıxdığı ilk illərdə gerçəkləşib:
- birinci dəfə İran Xarici İşlər naziri Əli Əkbər Vilayəti danışıqlar prosesində vasitəçi olub. O, 24 fevral 1992-ci ildə Bakıya səfər etdi. Ardınca ayın 26-da İrəvanda oldu. Bəs bu danışıqlar prosesinin nəticəsi nə oldu? Nəticə xalqımızın yaddaşından heç vaxt silinməyəcək Xocalı soyqırımıdır!
- İkinci dəfə danışıqlar prosesində birbaşa İran prezidenti Haşimi Rəfsəncani vasitəçilik edirdi. 1992-ci ilin may ayında o, Ermənistan prezidenti Levon Ter-Petrosyanı və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovu İrana dəvət etdi. Danışıqların getdiyi saatlarda erməni silahlı qüvvələri Şuşaya hücum edib, Azərbaycanın mədəniyyət paytaxtını işğal etdilər.
Bu hadisələrdən sonra Azərbaycan tərəfi Qarabağ məsələsi ilə bağlı danışıqlarda bir daha İranı yaxına buraxmadı. Məgər mollakratiyanın içimizdəki tasmalı köpəkləri bu olanları bilmirlər? Əslində, çox gözəl bilirlər, ancaq ailələrinin hər ehtiyacını molla rejiminin verdiyi tula payı ilə təmin etdiklərinə görə oğraşlıq etməyə məcburdurlar.
P.S. Vilayətinin İrəvan səfərindən sonra nümayəndə heyəti Naxçıvanda da olmuşdu. Həmin nümayəndə heyətini qarşılayanlardan və danışıqlarda iştirak edənlərdən biri də mən olmuşam. Həmin görüşün çox maraqlı detalları var. Bir gün mütləq o haqda yazacağam. Mən bir gündə antiirançı olmadım, onların bizə qarşı ləyaqətsizliklərini, alçaqlığını hər zaman gördüm, hadisələri yaşadım və əmin oldum ki, mollalar bizim dostumuz yox, düşmənimizdir!
Müəllif: Fərəməz Novruzoğlu - Mənbə: "DİA-AZ"

Geri qayıt