Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda banklar niyə bağlanır?
Azərbaycanda banklar niyə bağlanır?13-03-2026, 06:39 |
|
Son illər Azərbaycanda bir neçə bankın bağlanmasıbarədəqərarverilib. 2023-cü ildə Mərkəzi Bank tərəfindən 2 bank – “Günay Bank” ASC və “Muğanbank” ASC bağlanıb. 2026-cı ilin fevral ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların sayı 22 idi. Bu bankların filiallarının sayı 504, şöbələrinin sayı 85, ATM-lərin sayı isə 3,498 təşkil edib. Bugünlərdə isə daha bir bank - “Bank BTB” bağlandı və o, fəaliyyətini bank olmayan kredit təşkilatı (BOKT) kimi davam etdirəcək. Bununla da Azərbaycanda bankların sayı 21 oldu. “Bank BTB”-nin bağlanması bu prosesin davam edəcəyi ilə bağlı mülahizələri artırıb. Proses davam edə bilərmi və banklar hansı şərtlərə əsasən bağlanır? Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “Cebheinfo.az”-a bildirib ki, “Bank BTB” bağlandığı kimi digər kiçik bankların da bağlanacağı ilə bağlı fikir yalnışdır, heç bir əsası yoxdur: “Ancaq istənilən müəssisə sonda bağlana bilər. Hansısa bankın bağlanmayacağını demək də yalnışdır. Ancaq indiki halda belə bir gözlənti yoxdur. Yaxud Mərkəzi Bankın hansısa bir bankın fəaliyyətinin məhdudlaşdırılması, yoxlamaların aparılması ilə bağlı, yaxud da prudensial tələblərin, Mərkəzi Bankın requlyativ pozulmasına dair, onun aradan qaldırılması üçün müddətin verilməsi ilə bağlı proses getmir. Buna görə də konkret demək mümkün deyil ki, hansısa bank bağlanacaq, yaxud bağlamağa hazırlaşır. Hazırda belə bir bank yoxdur". O qeyd edib ki, “Bank BTB"-nin sahibkarları olan bəlli şəxslər ətrafında formalaşan vəziyyət həmin bankın BOKT-yə çevilməsinə gətirib çıxardı. Ümumilikdə bank sektorunda onların sayının azaldılması ilə bağlı hansısa cəhd yoxdur. Yaxud da Mərkəzi Bankın belə bir strategiyası yoxdur ki, bankların sayını azaltsın. Mərkəzi Bankın statistik məlumatlarında da bunu zəruri edən şərtlər yoxdur. Mərkəzi Bank demir ki, bankları qoruyub saxlayacağam. Ancaq onu deyir ki, hazırda mənim qaydalarıma uyğun olmayan bank yoxdur. Ancaq sabah bank sahibkarları toplaşıb bildirsələr ki, bank kimi fəaliyyət göstərmək istəmirik, bu, özəl qurumdur, onun qarşısını heç kim ala bilməz, bu, onların şəxsi qərarıdır”. Ekspertin sözlərinə görə, bankların lisenziya şərtləri var və bu şərtlərdə banklara dair tələblər yer alır: “Əsas məsələ kapitala dair tələblərdir. Bankın kapitalı 50 milyon manatdan aşağı ola bilməz. Bu, Mərkəzi Bankın tələblərindən biridir. Lisenziyanın tələbləri var ki, hansı normativlərlə fəaliyyət göstərəcək. Həmin requlyativ tələblər pozulanda Mərkəzi Bank onlara vaxt verir ki, problemi aradan qaldırsın, yaxud sahibkar kapital qoysun. Həmin göstəricilərin bərpa olunması üçün banka müddət, tövsiyə, tələblər verilir. O olmadıqda, Mərkəzi Bank İdarə heyəti lisenziya ilə bağlı qərar verir”. Geri qayıt |