Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbəri ilə bağlı QƏRAR
Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbəri ilə bağlı QƏRAR12-03-2026, 10:12 |
|
Ali Məhkəmədə külli miqdarda dələduzluqda təqsirləndirilən yükdaşıma xidmətləri ilə məşğul olan “R Group Azerbaijan” şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. "DİA-AZ" pravdaaz-a istinadən xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qeyd: 2022-ci il fevralın 17-i səhər saatlarında “R Group Azerbaijan” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məhkəmənin qərarı ilə Rəmiş Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar.
Habelə analoji qanunazidd hərəkətləri ilə bağlı Alim Hüseynovun da şikayətçi olduğu məlum olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib. Z.Cəfərova 2 il sınaq müddəti seçilməklə 5 il cəza verilib, şərti azadlıqda qalıb. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilməyib. Geri qayıt |