Əsas Səhifə > Ana xəbər / Güney Press > Molla rejimi gedərsə...

Molla rejimi gedərsə...


11-03-2026, 06:09

Molla rejimi gedərsə, Suriyada bitməyən ara qarışıqlıqlar və toqquşmalar sona çatacaq.
Husilərin başlatdığı və milyona yaxın insanın həyatına başa gələn Yəmən vətəndaş müharibəsi bir neçə aya sonlana bilər.
Hizbullahdan qurtulan Livan əvvəlki “Yaxın Şərqin İsveçrəsi” statusuna geri dönəcək.
İraqda sünni-şiə ayrımçılığı sona çatacaq. Çünki Sistani buna qarşıdır, ara qarışdıran İrana yaxın qüvvələrdir.
İranla adalar və boğaz problemləri yaşayan körfəz ölkələri silahlanmanı dayandırıb inkişaf və iqtisadiyyata daha çox yönələcək.
Türkiyə–Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vuran İran trollarının maliyyəsi kəsiləcək. Ermənistanla sülh prosesi daha sürətlənəcək.
İran vətəndaş müharibəsinə girməsə, yaxın illərdə sürətli inkişafa qədəm qoya bilər. Bundan isə tikinti, logistika və nəqliyyat layihələrindən qazanan Azərbaycan və Türkiyə olacaq.
Azərbaycanın və Türkiyənin tranzit rolu artar. İran qazı Trans-Anadolu kimi layihələrlə Avropaya çata bilər ki, bu da Rusiyadan asılılığı minimuma endirər.
Molla rejiminin süqutu Rusiyanın cənubdan gələn strateji dərinliyini yox edər və onu beynəlxalq arenada tamamilə təcrid olunmuş vəziyyətə salar. Bu, Moskvanın həm Ukraynadakı, həm də regiondakı manevr imkanlarını minimuma endirər.
İranın dövlət səviyyəsində dəstəklədiyi məzhəbçi radikalizm zəifləyər, bu da qlobal terrorizmlə mübarizədə İslam ölkələrinin işini xeyli yüngülləşdirər.
Həmas çökər. Qəzzaya beynəlxalq birliyin və Avropanın legitim tərəfdaş kimi qəbul etdiyi Mahmud Abbas hökuməti nəzarət edər. Bu isə Fələstin xalqının azadlıq mübarizəsini terror və radikalizm kölgəsindən çıxararaq, onu beynəlxalq hüquq müstəvisində tam qanuniləşdirər
Rejimin kütlələri idarə etmək üçün rəvac verdiyi radikal rituallar, ağlamalı mərsiyələr və elmi əsası olmayan xurafatlar zəifləyər. Şiəlik özünün intellektual, fəlsəfi və elmi köklərinə daha çox önəm verməyə başlayar.
Güney Azərbaycan parçalanıb İrandan qoparsa, bu isə daha geniş izah tələb edən ayrıca mövzudur.
Müəllif: Orxan Atabəy - Mənbə: "DİA-AZ"

Geri qayıt