Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində araşdırma aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində araşdırma aparılır


10-03-2026, 12:38

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması ehtimalı ilə bağlı araşdırma aparır.

"DİA-AZ" bu barədə Antiinhisar Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, araşdırmaya rəqabət orqanının öz təşəbbüsü əsasında başlanılıb.

Araşdırmanın predmeti Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlıdır. Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər fəaliyyətlərinin nəticələrinə dair maliyyə hesabatlarını müəyyən edilmiş qaydada və vaxtında rəqabət orqanına təqdim etməlidirlər.


Geri qayıt