Əsas Səhifə > Ana xəbər / Güney Press > “PAŞA Həyat Sığorta”ya yeni Aparat rəhbəri təyin olunub

“PAŞA Həyat Sığorta”ya yeni Aparat rəhbəri təyin olunub


4-03-2026, 09:58

“PAŞA Həyat Sığorta” ASC-də yeni təyinat olub.

Banker.az-ın məlumatına görə, Sevda Əliyeva “PAŞA Həyat Sığorta” ASC-nin Aparat rəhbəri (Chief of Staff) vəzifəsinə təyin olunub.

O, 2020-ci ilin yayından 2021-ci ilin aprelinə qədər “Unibank”ın Transformasiya üzrə baş inzibatçısı kimi çalışmışdı. 2017-ci ilin fevralından 2019-cu ilin iyununa qədər “PAŞA Bank”da İnsan Resursları departementinin direktoru vəzifəsində çalışıb.

Bununla belə, “Azercell”, “Kcell” ,“Jump Marketing Agency” şirkətlərində müxtəlif vəzifələrdə işləyib. Sevda Əliyeva BDU-da bakalavr təhsili alıb və telekommunikasiya üzrə təhsilini Böyük Britaniyanın İnformasiya Texnologiyaları Akademiyasında davam etdirib.


Geri qayıt