Əsas Səhifə > Ana xəbər / Güney Press > Pezeşkian Güney Azərbaycan türklərinin lideri OLA BİLƏR...
Pezeşkian Güney Azərbaycan türklərinin lideri OLA BİLƏR...3-03-2026, 10:12 |
|
İrandakı siyasi xaos hələ ki, dəqiq analiz və proqnozlar verməyə imkan vermir. Lakin görünən bir həqiqət var: cənublu soydaşlarımız hadisələrin kulminasiya nöqtəsinə hazırlıqsız yaxalanıblar. Nə siyasi bir təşkilatımız var, nə də digər etnik qruplar kimi özümüzü qorumaq üçün silahlı hazırlığımız.
Ürəyim ən çox Pezeşkian və "Traktor" üçün yanır. Hesab edirəm ki, cənublular dini rejimin kölgəsində deyil, məhz Pezeşkianın ətrafında birləşsələr, daha böyük uğurlara imza ata bilərlər. "Traktor" isə sadəcə bir klub deyil, faktiki olaraq bir siyasi təşkilat kimi fəaliyyət göstərir - son bəyanatları bunun ən böyük örnəyidir. Heyf ki, Təbrizdə bu gücdə real bir siyasi iradə yoxdur.
Zaman əleyhimizə işləyir və mən gələcəyə böyük ümidlə baxa bilmirəm. Bu səbəbdən "Traktor"un çağırışına mən də qatılıram: Türkiyə və Azərbaycanın aktiv müdaxiləsi olmadan bu böhrandan itkisiz çıxmaq qeyri-mümkündür!
Artıq zaman yetişib, tələsmək lazımdır!
Müəllif: Fərəməz Novruzoğlu - Mənbə: "DİA-AZ"
Geri qayıt |