Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət qurumundan “Caspel” şirkətinə 3 milyon manatlıq SİFARİŞ

Dövlət qurumundan “Caspel” şirkətinə 3 milyon manatlıq SİFARİŞ


2-03-2026, 10:27

Dövlət Vergi Xidməti 2026-cı il üzrə server infrastrukturuna, fərdi kompüterlərə, periferiya qurğularına, korporativ rabitə şəbəkəsinə və proqram təminatına texniki və istismar xidmətlərinin göstərilməsi ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, tenderin qalibi "Caspel" MMC (VÖEN: 1300701451) olub.

Qalib şirkətlə 2 766 440 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 2 865 448 manat təşkil edirdi.

Məlumat üçün bildirək ki, "Caspel" MMC bundan əvvəl "Səhiyyənin Təminat Mərkəzi" PHŞ-in maşın və avadanlıqların satın alınması ilə bağlı 27 dekabr 2024-cü il tarixində keçirdiyi 1 778 242 manatlıq tenderin də qalibi olub.

Qeyd edək ki, “Caspel” MMC 2 avqust 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 146 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Məhi oğludur. Hüquqi ünvanı AZ1130, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 50B ünvanında yerləşir.


Geri qayıt