Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət qurumu portaldan kənar 3 nəfərdən BİNA İCARƏYƏ GÖTÜRDÜ
Dövlət qurumu portaldan kənar 3 nəfərdən BİNA İCARƏYƏ GÖTÜRDÜ2-03-2026, 06:25 |
|
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi bir mənbədən satınalma metodu ilə binaların icarəyə götürülməsi məqsədilə 3 müqavilə imzalayıb.
Tanrıverdiyeva Xoşqədəm İsmayıl qızı ilə 3 600 manat məbləğində müqavilə bağlanıb. Əliyev Mədəd İbayət oğlu ilə 2 233 manat məbləğində müqavilə imzalanıb. Hüseynov Rafik Həmid oğlu ilə isə 1 200 manat məbləğində müqavilə bağlanıb. Ümumilikdə binaların icarəyə götürülməsi xidmətləri üçün 7 033 manat vəsait ayrılıb. Geri qayıt |