Əsas Səhifə > Ana xəbər / Güney Press > Marukyanın növbəti revanşist mesaj

Marukyanın növbəti revanşist mesaj


1-03-2026, 19:06

Azərbaycana qarşı revanşist və qərəzli çıxışları ilə tanınan erməni siyasətçi Edmond Marukyan bu dəfə regiondakı gərginlik fonunda növbəti iddialı açıqlamalarla çıxış edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “İşıqlı Ermənistan” Partiyasının lideri Edmond Marukyan İranda baş verən hadisələrin Ermənistan üçün təhlükələr doğura biləcəyini iddia edib.

Marukyan bildirib ki, regionda son dərəcə gərgin vəziyyət formalaşıb və İranda baş verənlər bütün regiona təsir edə bilər. O, ABŞ və İsrailin hədəfinin İranda rejim dəyişikliyi olduğunu iddia edib və ölkə rəhbərliyinin hədəfə alındığını vurğulayıb.

Siyasətçi daha sonra Ermənistan rəhbərliyinə çağırış edərək, rəsmi İrəvanın İrandakı proseslərə necə münasibət bildirməli olduğu barədə suallar səsləndirib. O, İran rəhbərliyinə başsağlığı verilməsi məsələsinin müzakirə olunmalı olduğunu bildirib.

Marukyan eyni zamanda mümkün hakimiyyət dəyişikliyi ssenarilərindən danışaraq, İranda yeni rejimin formalaşa biləcəyini, hətta ölkənin parçalanması ehtimalını dilə gətirib. O, bu kontekstdə Azərbaycan amilini qabardaraq, Bakının vəziyyətdən istifadə edə biləcəyi barədə iddialar səsləndirib.

Qeyd edək ki, Marukyan uzun müddətdir anti-Azərbaycan ritorikası ilə seçilir və regiondakı prosesləri mütəmadi olaraq Bakı əleyhinə siyasi manipulyasiya predmetinə çevirir. Onun son açıqlaması da istisna deyil və daha çox daxili siyasi auditoriyaya hesablanmış revanşist yanaşma kimi qiymətləndirilir.


Geri qayıt