Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyandan İrana görə təcili ADDIM
Paşinyandan İrana görə təcili ADDIM1-03-2026, 10:56 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib. Müşavirə zamanı Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan regiondakı mövcud hərbi-siyasi şərait və proseslərin mümkün inkişaf ssenariləri barədə məruzə ilə çıxış edib. İclas iştirakçıları İranda baş verən son hadisələrdən dərin təəssüf hissi keçirdiklərini bildirib, insan tələfatı ilə bağlı başsağlığı veriblər. Şura üzvləri regionda sabitliyin qorunmasının vacibliyini qeyd edərək, sülhün ən qısa zamanda bərpa olunmasının zəruriliyini vurğulayıblar. Geri qayıt |