Əsas Səhifə > Ana xəbər / Güney Press > Vüqar Qurbanov bacarmadı: BƏS SONRA?..
Vüqar Qurbanov bacarmadı: BƏS SONRA?..Bu gün, 07:30 |
|
TƏBİB qarşıya qoyulan hədəflərə çata bilmədi.Əksnə səhiyyə sistemində hərci-mərciliyin əsasını qoydu.Həkimə etimadsızlıq,xəstəxanalarda dava-dalaş kimi hadisələr vəs.hamısı onsuz da ağrılı olan səhiyyə sistemini idarəolunmaz vəziyyətə gətirdi.İtirən Azərbaycan xalqı,itən TƏBİB-ə ayrılan milyon manatlarla vəsait oldu. Bu günlərdə yerli medianın yazdığına görə,TƏBİB-də yoxlamalar hələ ötən ilin dekabrından başlasa da yekunlaşmayıb.Eləcə də TƏBİB-ə xəstəxanalarda dərman pereparatları üçün milyon manatlarla vəsait ayrılsa da,adi pambıq bəzən çatışmayıb,həkimlərin dəfələrlə müraciət etmələrinə əhəmiyyət verən olmayıb.İndi isə hamı bu təmayüldən yaşananlar barədə daha gur səslə danışır. Faktinfo.azxəbər verir ki,xəstəxanaların təchizat və təminatı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova həmişə xatırladılıb,buna görə xəstəxanalarda həkimlərlə pasiyentlər və yaxud xəstənin yaxınları ilə həkimlər arasında ziddiyyətlərin,qarşudurmaların yaşandığı bildirilib.Olub ki,belə hallara görə,xəstə sahibləri hesab ediblər ki,həkim onlardan pul istəyir.Vüqar Qurbanov isə bu həssas məsələyə laqeyid yanaşıb.Hətta,Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyində (TƏBİB) aylıq müşavirələrdən birində bu məsələ açıq müstəvidə qabardılıb. Faktinfo.az saytının əldə etdiyi məlumata görə, 5 noyabr 2025-ci il tarixində TƏBİB-də keçirilən aylıq müşavirədə gündəlikdə iki məsələ - xəstələr üçün özəl tibb müəissələrinə göndəriş vərəqələrinin verilməsi və xəstəxanalarda təchizat və təminat müzakirə mövzusu olub. Aparılan fikir mübadiləsi zamanı İctimaiətlə Əlaqələr və Marketinq Departamentinin rəisi Zamirə Ədilova çox aktual hesab edilən xəstəxanalarda təchizat və təminat məsələsinə diqqət çəkib. O,qeyd edib ki, hazırkı şəraitdə bir sıra xəstələrin ümumi narazılığına səbəb olan məsələ bəzi xəstəxanalarda dərman və tibbi ləvazimatların yoxluğudur.Əlavə təfərrüata varmırıq. Göründüyü kimi,xəstəxanalarda təchizat və təminat ən aktual mövzu olaraq qalıb,TƏBİB rəhbərliyi bu məsələni istənilən səviyyədə həll edə bilməyib.Ammaölkə mətbuatında yazılan, bəzən xəstələrin özləri tərəfindən ictimailəşdirilməsi istənilən yazılarda qeyd olunub ki, "həkim deyir ki,dərman və tibbi ləvazimat yoxdur,almaq lazımdı. Mən bunu niyə almalıyam." Bəzən də olub ki, bir sıra xəstələr həkimlərin bu tələbini "məndən rüşvət istənildi" kimi xarakterizə ediblər,indi də edirlər. Yaxşı təchizat və təminat yoxdursa həkim neynəməlidir? Axı elə tibbi əməliyyatlar var, bahalı dərmanlar, tibbi şlanklar, ponpalar, nakaneçniklər vəs. tələb olunur. Bunlar yoxdursa, həkim bunları haradan almalıdır? Bir də ki, elə perapatlar var heç apteklərdə yoxdur,ancaq xüsusi firmalar,şirkətlər gətirir. Həkim bunları haradan əldə etməlidir? Elə ki, həkim bunların pulunu xəstədən tələb etmək məcburiyyətində qalır,onda da rüşvət istəyən tərəf kimi xarakterizə olunub.Elədir? Yoxsa,elə deyil?! Ona görə də tibbi sərf və dərman vasitələri ilə xəstəxanaların vaxtlı-vaxtında təmin edilməsi TƏBİB üçün gündəlikdə dayanan birinci məsələ olmalı idi,lakin çox təəssüf...bu gün mətbuatdan oxuduq ki,Təxirəsalınmaz Tibbi Yardım Xidmətində çalışan həkimlər bəzən adicə pambıq axtarışında olublar. Geri qayıt |