Əsas Səhifə > Ana xəbər / Güney Press > AYNA-dan növbəti "cızma-qara"
AYNA-dan növbəti "cızma-qara"Bu gün, 06:50 |
|
Yasamal rayonunun Abbasqulu ağa Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə çıxışda üzərində həm piyada, həm də velosiped nişanı olan yeni zolaq istifadəyə verilib. Sözügedən zolağın kimlər üçün nəzərdə tutulduğu, təhlükəsizlik qaydalarının necə tənzimlənəcəyi suallar yaradıb. Yenicag.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Trend” bildirilib ki, zolaq piyadaların və mikromobillik vasitələri istifadəçilərinin müştərək istifadəsi üçün yaradılıb. Sözügedən hissədə səki olmadığı üçün piyada keçidindən keçənlər hərəkətlərini həmin zolaqla davam etdirə bilərlər.
Geri qayıt |