Əsas Səhifə > Ana xəbər / Güney Press > Tanınmış alimdən AMEA rəhbərliyinə SƏRT SÖZLƏR
Tanınmış alimdən AMEA rəhbərliyinə SƏRT SÖZLƏRBu gün, 05:01 |
|
O daha sonra fikrini belə davam etdirir: "İnsan nə qədər vicdansız və yaltaq olar?!
Utanmırsınız?!
Özünüz də bilə-bilə ki, yaltaqlandığınız şəxsin reputasiyasını öz əzik reputasiyanız kimi əzik-əzik edirsiniz.
Elə bir üsul seçmisiniz ki, dərhal reaksiya verib sinsimiş sifətinizə bir şapalaq qoymaq və ya layiq olduğunuz qoduxluğa da basmaq olmur və şişdikcə şişir, korladıqca korlayırsınız.
Riyakarlığa son qoyub, əməldə sədaqətli olsaydınız, insanlarımız can deyib can eşidərdi.
Nə yazıq ki, sizin iylənmiş xislətiniz buna imkan vermir!
Siz çoox qorxulu, zərərli, məsuliyyətsiz, vicdansız, "uf" demədən insan qanı içən bədheybət varlıqsınız. Sadəcə, elmi titullar, bəlağətli nitqlər, həyasız mədhiyyələr arxivində gizlənmisiniz.
Fəaliyyətiniz ölkəni 100 il geri salıb.
Məsuliyyət hiss edib özünüzə gələcəksinizmi?! İnanan daşa dönsün!
Niyə belə edirsiniz? Axı mən bilirəm ki, bilə-bilə özünüzü belə tupoyluğa qoyursunuz. Tüfeyli simanız batsın!
Akademik fəaliyyətinizin nəticəsi göz qabağındadır. Belə davarnışı davam etdirsəniz, bir müddət sonra ölkəmizin olmayacağından əmin ola bilərsiniz. Öz xoşunuza oyanıb beyninizi işğal etmiş əqrəblərdən təmkizləməyi düşünməyəcəksiniz!
Bizə o elminiz zərrə qədər də lazım deyil. Ölkəyə hava və su qədər vacib olan vicdanlı insanlar lazımdır!
Uzun illər sizin alçaq, vicdansız, möhtəkir, tüfeyli və müftəxor fəaliyyətinizin, şit təriflərinizin, yaltaqlıqlığınızın və məddahlığınızın nəticəsidir ki, bu gün əsl səbəb olan siz biclər, çoxbilmişlər deyil, məhz ölkənin birinci şəxsi təhqirlərə məruz qalır. Demək, siz mənəviyyatsızlıq edəcəksiniz, cəfasını başqaları çəkəcək..."
Geri qayıt |