Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azcargo" MMC-nin hesabına sərəncam qoyuldu, maaşlar gecikir
"Azcargo" MMC-nin hesabına sərəncam qoyuldu, maaşlar gecikir25-02-2026, 07:42 |
|
Xəbər verdiyimiz kimi Bakının Sabunçu rayonunda yaşayan Yevlax rayon sakini Abbasov Rövşən Yusif oğlu "188” Yükdaşıma və Evakuasiya Xidmətindən şikayətçidir. Sitat.info-ya müraciət edərək problemini ictimailəşdirməyə çalışan Rövşən Abbasov 1 ildir ki, çalışdığı "188" Yükdaşıma Xidmətindən əmək haqqını ala bilmir. Məsələ ilə bağlı şirkətdən də mövqe öyrəndik. Şirkətdən Abbasov Rövşən Yusif oğluna 3 aylıq əməkhaqqının verilmədiyini təsdiqlədilər.
Qeyd edək ki, Vergilər Nazirliyinin rəsmi saytında olan məlumata görə, "188" Yükdaşıma Xidmətinin də daxil olduğu "Azcargo" MMC-nin ümumilikdə 110 min manata yaxın vergi borcu var. Geri qayıt |