Əsas Səhifə > Ana xəbər / Güney Press > Sahib Məmmədov şöbə müdirini işdən çıxardı, yenisini təyin etdi

Sahib Məmmədov şöbə müdirini işdən çıxardı, yenisini təyin etdi


Bu gün, 13:02

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Maliyyə şöbəsinin müdiri dəyişib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səadət Zakir qızı Hasilova Maliyyə şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Digər əmrlə isə onun yerinə Aynur Yaşar qızı Cəbrayılova-Ərdoğan təyin olunub.


Geri qayıt