Əsas Səhifə > Ana xəbər / Güney Press > “Rəqəmsal Tibbi Həllər” 4 ədəd təkər almaq üçün 2400 manat pul ayırıb
“Rəqəmsal Tibbi Həllər” 4 ədəd təkər almaq üçün 2400 manat pul ayırıbBu gün, 12:24 |
|
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Tibbi Həllər (RTH) MMC iki gün öncə əvvəl ləğv edilmi tenderinin həyata keçirilməsi üçün növbəti dəfə müvafiq quruma müraciət edib. Tribuna.az xəbər verir ki, sözügedən qurum yeni avtoşinlərin alınması və quraşdırılması prosesini həyata keçirmək fikrindədir. Rəsmi qaynaqlarda qeyd edilir ki, RTH MMC tenderə əsasən 4 ədəd təkər alacaq. Həmin təkərlərin alınmasından sonra quraşdırılması həyata keçiriləcək. İşin qəribə tərəfi odur ki, sözügedən MMC 4 ədəd təkərin alınması və quraşdırılması üçün 2 412 manat pul allacaq. Qeyd edək ki, hər təkər RTH MMC-yə 600 manata başa gələcək. Görəsən, sözügedən qurum qızıldan təkərlər alacaq? Geri qayıt |