Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət adına STATİSTİK YALANLAR...
Dövlət adına STATİSTİK YALANLAR...24-02-2026, 06:15 |
|
"Bu mövzu haqqında keçən il yazmışdım, rəqəmlərin anormal olduğunu, ölkədə kompyüter “istehsalı” ilə bağlı məlumatların ağlabatan olmadığını qeyd etmişdim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Qısa xatırlama: 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanda stolüstü kompüterlərin istehsalı kəskin artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk 8 ayda 2 365 ədəd stolüstü kompüter istehsal edilib və bu göstərici ötən illə müqayisədə təxminən 40 dəfədən çox artımdır.
Yazmışdım ki, bu orqanik, təbii artım deyil, ola da bilməz, çox güman, hansına “sxemlərdən” istifadə edilib.
2026-cı il gəldi, ilk rəsmi rəqəmlər açıqlandı: Bu ilin yanvar ayında Azərbaycanda cəmi 20 ədəd stolüstü kompüter istehsal edilib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 92,3 % azdır.
Yaxşı, hörmətli qalstuklu müəllimlər, nə baş verdi ki, kompyuter istehsalı keçən il “fontan” vurdu, (özü də artım il ərzində cəmi 2 aya təsadüf etmişdi), indi isə “istehsal” kəskin azalıb, demək olar ki, olmayıb?!
2025-ci ildə hansı “sxemlər” olub, bu il nə baş verib – izahı olacaqmı?!."
Geri qayıt |