Əsas Səhifə > Ana xəbər / Güney Press > Prezidentin mühafizə xidməti: BU DƏFƏ HƏDƏF ONLAR İDİ...
Prezidentin mühafizə xidməti: BU DƏFƏ HƏDƏF ONLAR İDİ...20-02-2026, 08:27 |
|
"16 may 2017-ci ildə Türkiyə Prezidenti Vaşinqtonda rəsmi səfərdə idi. Həmin gün Rəcəb Tayyub Ərdoğan Ağ Evdə Donald Trampla görüşmüş , Yaxın Şərq regionunun sabitliyi , Suriyanın gələcək aqibəti və s. kimi strateji mövzuların müzakirə olunduğu uğurlu görüş olmuşdur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış siyasi ekspert Yeganə Hacıyeva qeyd edib.
O daha sonra bildirir: "Görüşdən bir neçə saat sonra Türkiyə Prezidenti Ərdoğanın mühafizə xidməti ilə güya “türk etirazçılar” arasında fiziki qarşıdurma olmuşdu.
Təxribatçılar Türkiyə səfirliyinə hücüm edib, səfirlikdə Türkuyə Prezidentinin olduğu zala daxil olmağa cəhd etmişdilər.
Məntiqi olaraq da Türkiyə Prezidentinin mühafizə xidməti ilə öz xidməti borcunu yerinə yetirmiş , nəticədə təxminən 11 nəfər xəsarət almış, bir neçə nəfər xəstəxanaya yerləşdirilmişdi.
ABŞ polisi insidentlə bağlı cinayət işi açdı və ilkin olaraq Prezident Ərdoğanın mühafizə xidmətindən bir neçə şəxsə qarşı zorakılıq ittihamı ilə cinayət işi başlandı.
Bir neçə saat sonra Federal Təhlükəsizlik Bürosu insidentin araşdırması zamanı “etirazçıların” Fətullah Gülən cəmaatı , İran və Rusiya xüsusi xudmət orqanları ilə birgə əməliyyatın iştirakçıları olmasını ortaya çıxardı və cinayət işi bağlandı.
Amma hadisə ABŞ və Türkiyə arasında diplomatik gərginliyə də səbəb oldu.
Dünən Vaşinqtonda Azərbaycan Prezidentinin Donald Trampla və bir neçə diğər uğurli görüşlərindən sonra , bu gecə oxşar təxribat Azərbaycan Prezidenti İlham Əliyevin mühafizə xidmətinə qarşı təşkil olunub.
Prezidentin təhlükəsizlik xidməti ABŞ polisi ilə birlikdə operativ müdaxilə nəticəsində vəziyyəti nəzarət altına alıb və təcribatçılar ərazidən uzaqlaşdırıb və mümkün insidentin qarşısı alınıb..."
Geri qayıt |