Əsas Səhifə > Ana xəbər / Güney Press > "Əli Həsənovun quduz mübarizəsinə belə davam gətirdik..."
"Əli Həsənovun quduz mübarizəsinə belə davam gətirdik..."20-02-2026, 06:44 |
|
"Zaman-zaman deyilirdi ki, ölkə içində öz gücü ilə müstəqil qalmağa çalışan, jurnalistika prinsiplərini qoruyan medialara dəyməyin..." "DİA-AZ" xəbər verir ki, bunu son günlər mətbuatla bağlı müşahidə olunan polemikalara reaksiyasında tanınmış jurnalist Ədil Hüseynli qeyd edib.
"Belə media qurumları az idi, 5-10 sayt..." deyə fikrini davam etdirən jurnalist daha sonra bildirir:
"Uzun illər dayandılar, böyük əziyyətlə çalışdılar. Belə jurnalistlərdən biri mən idim.15 il çalışdım ki, saytım müstəqil qalsın, üstəlik jurnalistika prinsipləri də qorunsun. Məni tanıyanlar yaxşı bilir ki, bütün gücümlə çalışırdım ki, müstəqil, jurnalıistika prinsipləeini pozmadan işləyim.
Hətta Əli Həsənovun quduz mübarizəsinə belə davam gətirdik, sağ çıxdıq.
Amma yeni MEDİA-çılar hər şeyi kəsib atdılar. Haqq nahaq məhkəməyə verib qanunsuz şəkildə bağlatdırdılar saytları.
Müstəqil media deyəndə ağılınıza gələn ancaq müxalifət mediası oldu. Elə bildiz, müstəqil olan media elə müxalifətçilərdir.
Mətbuatı elə günə qoyduz ki, indi yazdıqlarınıza kimsə inanmır, kimsə oxumur və hər xəbərin altında bir "müdafiə" dayandığı düşünülür. İnsanları xəbər oxumaqdan, xəbərə inanmaqdan özünüz çəkindirdiz...
Mətbuat yazanda ki, Ramiz Mehdiyev banditdir, töküldünüz üstünə ki, çıxart elə şey yoxdur. Mətbuat yazanda ki, filan icra başçısı qanunsuz əməllər edir, cumuşduz üstünə ki, vurun bu saytı böhtan atır...
Buyurun, indi kimin səhv etdiyini görün..."
Geri qayıt |