Əsas Səhifə > Ana xəbər / Güney Press > Döşəməsi çökmüş, sanitar qovşağı uçmuş məktəb niyə TƏMİR OLUNMUR?
Döşəməsi çökmüş, sanitar qovşağı uçmuş məktəb niyə TƏMİR OLUNMUR?19-02-2026, 15:29 |
|
Zərdabın Şahhüseynli kənd tam orta məktəbi acınacaqlı durumdadır. Bu vəziyyət həmin məktəbdə övladları təhsil alan valideynləri təngə gətirib. Bizim.Media-nın Aran bürosuna müraciət edən Zərdabın Şahhüseynli kəndinin sakinləri bildiriblər ki, 1970-ci illərdə tikilən 220 yerlik məktəb binası yararsız vəziyyətə düşüb. Cabir Azayev adına Şahhüseynli kənd tam orta məktəb binasının bərbad vəziyyətdə olması barədə dəfələrlə aidiyyəti qurumlara müraciətlər olunub. Amma məktəb bu günə kimi bir dəfə də olsun əsaslı təmir olunmayıb. Məktəbin tavanı, döşəməsi, pəncərələri və qapıları sınıb, tökülüb: “İstilik odunla olsa da yandırmağın heç bir faydası yoxdu, çünki pəncərə şüşələrinin olmaması yanan odunun istiliyini aparır. Nəticədə uşaqlar soyuq siniflərdə dərs keçməli olur və tez-tez xəstələnirlər. “Son iki ildə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan 4 təhsil müəssisəsi üçün yeni bina inşa edilib, 4 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 1 təhsil müəssisəsində isə əsaslı təmir işləri davam edir, 194 təhsil müəssisəsində cari təmir işləri aparılıb. Zərdab rayonu Cabir Azayev adına Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin vəziyyətindən də məlumatlıyıq və binanın əsaslı təmir edilməsi plana salınıb. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik, prioritetlik prinsipi əsasında həyata keçirilir. Geri qayıt |