Əsas Səhifə > Ana xəbər / Güney Press > “Yelo Bank”a icraçı direktor təyin edilib
“Yelo Bank”a icraçı direktor təyin edilib19-02-2026, 12:59 |
|
“Yelo Bank” ASC-yə yeni icraçı direktor təyin edilib. Banker.az-ın məlumatına görə, bu vəzifə Yaşar Soltanova həvalə edilib. Yaşar Soltanov 2020-ci ilin yanvarından 2026-cı ilin yanvar ayına kimi “Yelo Bank”ın Mikro biznes müştəriləri departamentinin direktoru, 2017-ci ilin may ayından 2020-ci ilin yanvar ayına kimi isə “AccessBank”ın Mikro və Pərakəndə Müştərilər üzrə direktoru olub. O, 2001–2005-ci illərdə “Azərbaycan Dövlət İqtisad Universiteti”ndə (UNEC) “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili alıb. 2006–2008-ci illərdə eyni universitetdə təhsilini davam etdirərək “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra, 2022-ci ilin avqust ayından 2024-cü ilin fevral ayınadək “İstanbul Universiteti”ndə “Biznesin idarə edilməsi” (MBA – Master of Business Administration) ixtisası üzrə magistr proqramını başa vurub. Geri qayıt |