Əsas Səhifə > Ana xəbər / Güney Press > Hüququ ancaq ermənilərdə xatırlayan Beynəlxalq Amnistisiya Təşkilatı...

Hüququ ancaq ermənilərdə xatırlayan Beynəlxalq Amnistisiya Təşkilatı...


19-02-2026, 04:55

“Beynəlxalq Amnistisiya Təşkilatının bəyanatı erməni təşəbbüskeşliyinə xidmət edir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az” – a şərhində Beynəlxalq Amnistisiya Təşkilatının rusiyalı milyarder, vaxtilə Qarabağda qondarma rejimin dövlət katibi olmuş və Bakı Hərbi Məhkəməsində 20 il həbs cəzasına məhkum edilmiş Ruven Vardanyanla bağlı bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ruben Vardanyanın 20 il həbs cəzasına məhkum edilməsi düzgün və ədalətli qərardır:

“Vardanyan işğal dövründə Qarabağda erməni separatçılarını və terrorçularını maliyyələşdirib. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasıdır. Beynəlxalq Amnistisiya Təşkilatının Vardanyanla bağlı bəyanatına gəlincə, bu bəyanat absurd və qeyri-qanunidir.

Amnistisiya təşkilatının bu addımını erməni təşəbbüskeşliyi və Azərbaycana qarşı cinayətlərdə şərik çıxmağa çalışmaq kimi qiymətləndirmək olar. Otuz il ərzində erməni terrorçuları və cinayətkarları Azərbaycan ərazisində insanlığa və bəşəriyyətə qarşı cinayətlər törədiblər".

Sözügedən təşkilat bir dəfə də olsun bu cinayətlər ilə bağlı bəyanat verməyib. Sözsüz ki, bu təşkilatın beynəlxalq hüquqa zidd olan bəyanatının arxasında erməni lobbisi dayanır. Amma Azərbaycan belə mənasız və qeyri-rasional bəyanatlara heç bir əhəmiyyət vermir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa söykənib”, - deyə M.Əsədullazadə bildirib.


Geri qayıt