Əsas Səhifə > Ana xəbər / Güney Press > TƏBİB ləğv oluna bilər
TƏBİB ləğv oluna bilər18-02-2026, 12:47 |
|
Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov fevralın 16-da vəzifəsindən azad edilib.
Bununla yanaşı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ləğv ediləcəyi ilə bağlı məlumatlar da gündəmə gəlib. Məsələ barədə bakıvaxtı.az-ın əldə etdiyi məlumatda bildirilir ki, qurumun gələcək taleyi ilə bağlı müxtəlif ssenarilər hökumət səviyyəsində müzakirə olunur.
Bununla belə, qurumun taleyi ilə bağlı rəsmi qərar hələ açıqlanmayıb. Geri qayıt |