Əsas Səhifə > Ana xəbər / Güney Press > Vüqar Qurbanovdan İLK AÇIQLAMA
Vüqar Qurbanovdan İLK AÇIQLAMA16-02-2026, 17:35 |
|
“Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”. Bu fikirləri “Qafqazinfo”ya TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunması ilə bağlı sualı cavablandırarkən bildirib. “TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - V.Qurbanov qeyd edib. Xatırladaq ki, V.Qurbanovun işdən çıxarılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in icraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib. Geri qayıt |