Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın növbəti uğuru: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi
Azərbaycanın növbəti uğuru: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi16-02-2026, 09:20 |
|
Ötən gün Milanda keçirilən Qış Olimpiya Oyunlarında ermənilərin “artsax” təxribatının qarşısı qətiyyətlə alınıb. Musavat.com bildirir ki, Beynəlxalq Fiqurlu Konkisürmə Birliyi (ISU)-nin rəsmi sənədlərində və Olimpiya proqramında musiqinin adı “Music by Ara Gevorqyan” kimi qeyd edilib, “Artsax” ifadəsi isə çıxarılıb. Bu dəyişiklik Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən edilən etirazdan sonra həyata keçirilib və “artsax” termini siyasi məna daşıdığı üçün Olimpiadanın neytrallıq qaydalarına toxuna biləcəyi düşünülüb. Beləliklə, erməni fiqurlu konkisürmə cütlüyü – Karina Akopova və Nikita Raxmanin əvvəlcə “Artsax” adlı musiqi ilə çıxış etməyi planlaşdırsa da, rəsmi proqramda bu ad göstərilməyib. Cütlüyün çıxışı zamanı titul ekranlarda və rəsmi protokollarda “artsax” sözü əks olunmayıb. Hadisə sosial şəbəkələrin erməni seqmentində böyük məyusluqla qarşılanıb. Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) rəsmi şəkildə Beynəlxalq Olimpiya Komitəsi (BOK)-yə müraciət edərək etirazını bildirmişdi. Azərbaycan tərəfi bildirib ki, Olimpiya Oyunları siyasi platforma olmamalıdır və hər hansı təxribatçı addım qəbul edilməməlidir. Təxribatçı “artsax” musiqisinin müəllifi, erməni bəstəkar Ara Gevorqyan isə Azərbaycanın etirazlarından narahat olduğunu gizlətməyərək demişdi: Beləliklə, Ara Gevorqyan istəsə də, istəməsə də təxribatçı musiqi beynəlxalq səhnələrdə artıq adı dəyişdirilmiş formada səsləndiriləcək. Bu hadisə Azərbaycanın informasiya müharibəsində əldə etdiyi növbəti qələbə kimi qiymətləndirilir. Geri qayıt |