Əsas Səhifə > Ana xəbər / Güney Press > Moskva danışıqlarda mövqeyini SƏRTLƏŞDİRİB
Moskva danışıqlarda mövqeyini SƏRTLƏŞDİRİB15-02-2026, 08:41 |
|
Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücumdan sonra Moskvanın danışıqlar mövqeyi daha da sərtləşib. Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində danışıb. O bildirib ki, yeni davranış xətti 4–5 fevral tarixlərində Əbu-Dabidə keçirilən ABŞ-Rusiya-Ukrayna görüşünün iştirakçılarına açıq şəkildə çatdırılıb. Qaluzinin sözlərinə görə, danışıqlar mövqeyində dəyişikliklərin olduğu təsdiqlənsə də, detalları açıqlamaq hələ məqsədəuyğun sayılmır: “Danışıqlar mövqeyimizdə dəyişikliklərin olduğunu yalnız təsdiqləyə bilərəm. Təfərrüatları açıqlamaq istəməzdim. Sərtləşdirilmiş mövqeyimiz 4-5 fevralda Əbu-Dabidə keçirilən təhlükəsizlik məsələləri üzrə işçi qrupunun iştirakçılarına çatdırılıb”. Diplomat mövqenin konkret detallarını açıqlamayıb. Xatırladaq ki, 29 dekabr gecəsi Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinin Putinin iqamətgahına dron hücumunun qarşısını aldığı bildirilib. Rəsmi məlumatlara görə, 91 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, Ukraynanın Moskva ilə Vaşinqton arasında danışıqları pozmağa yönəlmiş addımları cavabsız qalmayacaq. Hadisə ilə bağlı Putin telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampa da məlumat verib. Geri qayıt |