Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanla quru sərhədlərimiz FAKTİKİ AÇIQDIR

Ermənistanla quru sərhədlərimiz FAKTİKİ AÇIQDIR


14-02-2026, 05:58

"Dünən bir qrup sivil toplum nümayəndəsi Ermənistana səfərə gedib, vətəndaş cəmiyyəti üzvlərinin təmasları dayanıqlı sülh üçün çox vacibdir, dəstəkləyirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Maraqlı odur ki, nümayəndə heyəti Ermənistana quru sərhəddən keçib-gedib, deməli ilk Ermənistanla quru sərhədlər, de-facto, açılmış sayıla bilər.
Davamı gəlsin, tezliklə bütün quru sərhədlərin açıldığını görək, artıq yetər, bu məsələ həllini tapmalıdır, bağlı sərhədlər ölkəmizi iqtisadi itkilərə uğradır, insanlarda ciddi sosial, hətta psixoloji problemlər yaradır..."

Geri qayıt