Əsas Səhifə > Ana xəbər / Güney Press > “Giləzi-Quşçuluq” şirkəti ölkədən külli miqdarda pul çıxarıb?
“Giləzi-Quşçuluq” şirkəti ölkədən külli miqdarda pul çıxarıb?13-02-2026, 11:07 |
|
“Giləzi-Quşçuluq” şirkəti ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. Tribuna.az xəbər verir ki, dəfələrlə cərimələnən şirkətlə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb. Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə – vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Giləzi-Quşçuluq” şirkəti ilə bağlı iş baxılması üçün Xızı rayon Məhkəməsinə göndərilib. 23 fevral tarixində hakim İlqar Cabbarovun sədrliyi ilə işə baxılacaq. Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi barədə danışan hüquqşünas Əkrəm Həsənov bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir: Xatırladaq ki, cərimələnməsi gözlənilən “Giləzi-Quşçuluq” şirkəti MMC-nin rəhbəri Mahir Mirzəyevdir. Geri qayıt |