Əsas Səhifə > Ana xəbər / Güney Press > Ayın 12-sidir, amma ödəniş YOXDUR
Ayın 12-sidir, amma ödəniş YOXDUR12-02-2026, 12:21 |
|
Azərbaycanda müəllimlərin əməkhaqqı ödənişləri zamanı hər ay verilən H1 və H2 güzəştli yolpulu vəsaitlərinin köçürülməsində gecikmə yaranıb. Yenicag.az xəbər verir ki, artıq ayın 12-si olmasına baxmayaraq, sözügedən ödənişlər hələ də təhsil işçilərinin hesablarına daxil olmayıb. Normal qaydada əməkhaqqı ilə birlikdə ödənilən bu vəsaitin gecikməsi müəllimlər arasında suallar doğurub. Qeyd edək ki, H1 və H2 kateqoriyaları üzrə ödənilən məbləğlər uzaq məsafədə və çətin şəraitdə çalışan müəllimlərin nəqliyyat xərclərinin qarşılanması məqsədilə ayrılır. Ayın ortasına yaxınlaşsaq da, vəsaitin gecikməsi sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan Yenicag.az-a bildirildi ki, məsələ nəzarətdədir və gün ərzində rəsmi açıqlama veriləcək. Geri qayıt |