Əsas Səhifə > Ana xəbər / Güney Press > Sahibkarlara qarşı növbəti DÖVLƏT BADALAĞI
Sahibkarlara qarşı növbəti DÖVLƏT BADALAĞI11-02-2026, 06:35 |
|
O daha sonra bildirir: "Bunları niyə deyirəm? Çünki bugün parlamentdə qanunlara bu haqda təzə dəyişikliklər müzakirə olunurdu. Hələ qanun deyil, layihədir, amma deyir ki, şirkət strateji əhəmiyyət daşıyırsa (bu nə deməkdir, heç kim bilmir) və şirkətin fəaliyyəti Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vurursa (bu nə deməkdir, onun da açması yoxdur, amma lap elə olsa da ağlabatan deyil) sahib bu şirkətə nə qədər pul qoyubsa, dövlət o pulu sahibə qaytarıb şirkəti əlindən alacaq. Onsuz da Yeni Azərbaycan Partiyası hökumətinin yaratdığı indiki sərmayə iqlimində Azərbaycana yatırım eləmək istəyən yoxdur, çox azdır, bu xəbəri eşidən potensial iş adamları da dağılışacaq, vətəndaş üçün yeni iş yeri yaranmayacaq, iqtisadi geriləməmiz davam edəcək. Bu cür qanun indiki sərmaye iqlimində zərərdən başqa ölkəyə heç nə verməz, amma şəxsən kimlərsə varlanacaq, mülkiyyətin yenidən bölgüsü nəticəsində..." Geri qayıt |