Əsas Səhifə > Ana xəbər / Güney Press > Adil Vəliyev başçının müavini vəzifəsindən azad olunub

Adil Vəliyev başçının müavini vəzifəsindən azad olunub


9-02-2026, 10:27

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rəcəb Babaşov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Adil Vəliyev başçının müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Vəliyev 2024-cü ilin aprelində başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, icra başçısı bir neçə gün bundan əvvəl köməkçisi Süleyman Axundovu da vəzifəsindən azad edib.


Geri qayıt