Əsas Səhifə > Ana xəbər / Güney Press > Baş Prokurorluğun 5 tenderi ləğv edildi

Baş Prokurorluğun 5 tenderi ləğv edildi


9-02-2026, 09:37

Baş Prokurorluq tərəfindən nəqliyyat vasitələrinin təmiri və abadlaşdırma işləri ilə bağlı elan edilmiş 5 tender ləğv olunub.

"DİA-AZ" xəbər verir ki, ləğv edilən satınalmalar aşağıdakılardır:

  1. Nəqliyyat vasitələrinin təmiri və yağlarının dəyişdirilməsi (4 tender).

  2. Abadlaşdırma xidmətlərinin satın alınması.

Satınalmaların ləğv edilməsinə səbəb iştirakçı sayının tələb olunan həddən az olmasıdır. Belə ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1. maddəsinə əsasən) müsabiqələr baş tutmayıb.


Geri qayıt