Əsas Səhifə > Ana xəbər / Güney Press > Orta məktəblərə ciddi nəzarət lazımdır...

Orta məktəblərə ciddi nəzarət lazımdır...


7-02-2026, 07:16

Açıq danışacağam. Yolda bir adamı maşın vurub öldürməsə, o yola keçid və ya işıqfor qoyulmur, bir bina qazdan, elektrikdən partlamasa, onun yan -yörəsindəki obyektlərin təhlükəsizliyi o dərəcədə ciddiyə alınmır.
Bir şey baş verməlidir ki, nə isə tədbir görülə?
Niyə vaxtında edilmir?
Məktəb binalarına daxil olarkən uşaqların üst-başı, çantaları yoxlanılmalıdır. Onların bəziləri qaynaq qazan kimidilər, nə qaynatdıqlarını hələ özləri də bilmirlər. Dünənki hadisədən sonra bir -neçə məktəbdəki özbaşınalıqlar haqqında da eşitdim.
İndiki gənclər niyə belə dəymədüşər olublar? Pəncərə dərsdən qaçıb yerə tullanmaq, repetitor yanına özününü tez çatdırmaq üçün çıxış yoludur, yoxsa? Bəzi məktəblərin temperamentli yeniyetmələrinə pəncərənin hansı funksiya daşıdığı maraqlı deyil, onlar üçün yalnız öz maraqları önəmlidir. Özünü qoruya bilməyəni məhəccəh, sədd qorumasa da, yenə də önləyici, profilaktik təhlükəsizlik tədbirləri mütləqdir.
Gərək kimsə oradan düşüb şil-küt olandan sonra nə isə edilə? Daldan atılan daş topuğa dəyər...
Orta məktəblərə ciddi nəzarət lazımdır. Valideynəm, gündəlik hadisələr haqqında eşidirəm. Hələ kiminsə naxışı gətirib sözü çıxmır, elə şeylər baş verir ki, adam məəttəl qalır...
Dünənki hadisədə yaralanan müəllimə də şəfa diləyirəm, həm də o şəfanı cəmiyyətimizə arzulayıram, bütövlükdə yaralıyıq...

Fəridə Aslanova Rüstəmova - "DİA-AZ"


Geri qayıt