Əsas Səhifə > Ana xəbər / Güney Press > General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu
General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu6-02-2026, 16:37 |
|
Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.Q Əmrə əsasən, general-mayor Faiq Məmmədov DSX Mərkəzi Aparatının yeni rəhbəri təyin edilib. Bu, Mərkəz Aparatın əsas idarəetmə strukturudur. Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub. General 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Geri qayıt |