Əsas Səhifə > Ana xəbər / Güney Press > "Həm 200 minimi vermir, həm də məni həbslə qorxudur"
"Həm 200 minimi vermir, həm də məni həbslə qorxudur"6-02-2026, 11:56 |
|
“Eurohome” MMC-nin xeyli miqdarda vergi borcu olduğu bildirilir. "DİA-AZ" xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 55 281,36 manat təşkil edir. “Eurohome” MMC 2 iyul 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 306 548 manatdır. MMC-nin qanuni təmsilçisi İbrahimov Niyazi Kamal oğludur. Əldə etdiyimiz digər məlumata əsasən, Niyazi İbrahimov “Eurohome” inşaat bazarında kommunal sahədə çalışır. Şirkətin sahibi olduğu deyilən iş adamı Azay Möhnətov isə bir neçə il əvvəl sözügedən bazarda baş vermiş yanğın hadisəsi ilə bağlı gündəmə gəlmişdi. Həmin dövrdə bəzi icarədarlar onlara dəymiş zərərin ödənilmədiyini iddia edirdilər. Məsələ ilə bağlı narazılıq hələ də davam edir. İcarədarlardan biri Rafiq Ocaqverdiyev bu günə qədər ona çatmalı olduğunu dediyi kompensasiyanı ala bilmədiyini bildirir. Rafiq Ocaqverdiyev əməkdaşımızla söhbətində deyib ki, məsələni ictimailəşdirdikdən və aidiyyəti qurumlara müraciət etdikdən sonra iş adamı tərəfindən təzyiqlərlə üzləşdiyini iddia edir:
O əlavə edib ki, maddi çətinliklər səbəbindən ağır psixoloji vəziyyət yaşadığını deyir:
Rafiq Ocaqverdiyev məsələ ilə bağlı mübarizəni davam etdirəcəyini də vurğulayıb:
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |