Əsas Səhifə > Ana xəbər / Güney Press > Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır?
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır?3-02-2026, 07:28 |
|
Son aylarda “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fəaliyyəti ilə bağlı ciddi iddialar yayılır. Bizimesr.az bildirilir ki, qurumun direktoru Məhəmməd Musayev və onun yaxın ətrafı uzun müddətdir işçilərin əməkhaqlarından qanunsuz tutulmalar aparır, dövlət əmlakından şəxsi maraqlar naminə istifadə edir və yeraltı-yerüstü keçidlərin idarə olunmasını yararsız vəziyyətə salıb. İddialara görə, MMC-də çalışan müxtəlif kateqoriyadan olan işçilərin maaşlarından hər ay səbəbsiz və qeyri-qanuni şəkildə vəsait tutulur. Xadimələrdən 5–7 manat, sahə rəislərindən 40 manat, operatorlardan 10 manat, nəzarətçilərdən isə 12–15 manat məbləğində kəsintilər edilir. Məlumata əsasən, peşəkarlığa deyil, fərqli meyarlara üstünlük verilməsi nəticəsində keçidlərdəki eskalatorların 70 faizdən çoxu yararsız vəziyyətə düşüb. Rəhbərliyin əsas diqqəti isə obyektlərin sayını artırmağa, keçidlərdəki xidmət otaqlarını mağazaya çevirib icarəyə verməyə yönəlib. Bununla yanaşı, başqalarının adına olan maaş kartlarındakı vəsaitlərin mənimsənildiyi də iddia olunur. Daha bir ciddi iddiaya görə, idarədə çalışan sahə rəislərinin hər birinin cibində iki maaş kartı mövcuddur.
Musayev özünü idarədə “toxunulmaz şəxs” kimi aparır, işçilərə yuxarıdan aşağı baxır və hər gün idarəyə gələrkən işçilərin sıraya düzülərək baş əyməsini tələb edir. Keçidlərə yaxın obyekt sahiblərindən masa və ya reklam panosu yerləşdirdiklərinə görə aylıq rüsum toplandığı da qeyd olunur. Bildirilir ki, Məhəmməd Musayev 2023-cü ilin sentyabr ayında vəzifəyə başladıqdan sonra keçidlərdəki xidmət otaqlarında Ümummilli Lider Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəkillərinin asılmasını qadağan edib və həmin şəkilləri toplatdırıb. Bu addım cəmiyyətdə ciddi narazılıq doğurub. İddialara görə, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin balansında olan keçidlərdəki işıq sayğaclarından direktorun icazəsi ilə aşağıdakı obyektlərə qanunsuz elektrik enerjisi verilib: Beş mərtəbə yeraltı keçid – 37 mağaza Milli Bank yeraltı keçid – 12 mağaza Nizami yeraltı keçid – 1 mağaza Targovu yeraltı keçid – 1 mağaza Ağ şəhər yeraltı keçid – 1 köşk Luna park yerüstü keçid – 1 köşk Ağa Nəmetulla yeraltı keçid – 1 mağaza Heydər Əliyev ASAN Xidmət yerüstü keçid – 1 köşk Babək–Azneft yeraltı keçid – 1 köşk Babək “Monte Karlo” yeraltı keçid – 1 köşk Olimp yeraltı keçid – 3 mağaza Azadlıq 189 – 1 mağaza Z. Bünyadov 11 yerüstü keçid – 1 mağaza Aviasiya keçidi yeraltı keçid – 1 köşk Rəsulzadə qəsəbəsi, Araz marketin yanı yerüstü keçid – 1 mağaza Atatürk 47 yerüstü keçid – 1 köşk Sabunçu yerüstü keçid – 2 köşk Salyan avtovağzal yeraltı keçid – 1 köşk Qeyd edək ki, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Məhəmməd Musayevin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yeznəsidir və bu qohumluq əlaqəsinin onun uzun müddət toxunulmaz qalmasına əsas səbəblərdən biridir. Məsələ ilə qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı yazıda adları keçənlərin fikirlərini dərc etməyə hazırıq. Biz əminik ki, bütün bu əməllərə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Əmək Müfəttişliyi qısa zamanda tədbir görəcək, bu işlərdə əli olan başda idarə direktoru Məhəmməd Musayevlə bağlı araşdırma aparılacaq. Geri qayıt |