Əsas Səhifə > Ana xəbər / Güney Press > Vens Zəngəzur dəhlizinə görə Bakı və İrəvana gəlir
Vens Zəngəzur dəhlizinə görə Bakı və İrəvana gəlirBu gün, 11:51 |
|
“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralın 9-na Ermənistana gözlənilən səfərinin mərkəzində TRIPP (və ya Zəngəzur dəhlizinin) layihəsinin işə salınması dayanır”. Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib. “Söhbət TRIPP-in başlanması üçün konkret addımlardan - layihənin icrasına cavabdeh şirkətin yaradılması, idarəetmə və nəzarət qaydalarının müəyyənləşdirilməsi, maliyyələşmə mənbələri və şərtlərinin dəqiqləşdirilməsi, təhlükəsizlik risklərinin qiymətləndirilməsi və tikintinin mərhələli şəkildə başlanmasına tam hazırlıqdan gedir”, - o bildirib. Babacanyan qeyd edib ki, səfərin digər istiqamətləri ABŞ və Ermənistan arasında dinc nüvə əməkdaşlığı və yüksək texnologiyalardır: “Vensin səfəri ABŞ-Ermənistan münasibətlərinin praktiki və institutsional mərhələyə keçid nöqtəsi olmalıdır”. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 24-də Ceyms Devid Vensin fevralda Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlamışdı. Geri qayıt |