Əsas Səhifə > Ana xəbər / Güney Press > Putinin kriminal dəstəsindəki azərbaycanlı kimdir?
Putinin kriminal dəstəsindəki azərbaycanlı kimdir?Bu gün, 10:09 |
|
Rusiyada baş verən yaxta qəzası Türkiyədəki “Susurluq” qəzasını xatırladır. Belə ki, yaxtada dövlət adamından mafiyaya, modeldən iş adamına qədər hər kəs var. Rus mediasında yayılan məlumatlar göstərir ki, dekabrın 20-də baş vermiş yaxta qəzası artıq sadəcə texniki hadisə kimi deyil, yüksək səviyyəli siyasi-kriminal əlaqələrin toxunduğu bir iş kimi görünür. Qəza nəticəsində “Solntsevsk OPG”nin əsas fiqurlarından biri olan Viktor Averin həlak olub, ağır xəsarət alanlar isə sağ qalıb. Ertəsi gün Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi açılsa da, proses qısa müddətdə “ilişib qalıb”. Səbəb kimi qeyri-rəsmi şəkildə istintaqa qayıqda olan şəxslərin dindirilməsinin yuxarıdan qadağan edilməsi göstərilir.
Hadisənin həssaslığını artıran digər məqam Xmarinin qayıqda 18 yaşlı model Yekaterina Leonova ilə birlikdə olmasıdır. Sosial şəbəkələrdə yayılan izlər onların münasibətlərinin daha erkən dövrdən başladığını göstərir. Qəzanın dərhal ardından qayıqda olanların hamısı sosial şəbəkələrdən yoxa çıxıb, yalnız bir müddət sonra Leonovanın səhifəsi qısa bir video ilə “canlanıb”. Bu susqunluq fonunda istintaqın şahidlərə toxunmaması hadisənin ört-basdır edildiyi təəssüratını gücləndirir.
Beləliklə, məsələ qayıq qəzasının necə baş verməsindən çox, kimlərin eyni qayıqda olması ilə bağlıdır. İstintaqın dondurulması, şahidlərin susdurulması və məlumatların gizlədilməsi onu göstərir ki, burada açılması arzuolunmayan əlaqələr var. Qəza arxa plana keçir, ön plana isə Putinin çevrəsi, “Solntsevsk OPG” və onlarla biznes ortaqlığı olan azərbaycanlı fiqurun adı çıxır. Əsas sual da elə budur: bu əlaqələr niyə qorunur və kimin maraqlarına toxunur? Yenicag.az Geri qayıt |