Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda şirkətin rəhbərliyi ləğv edilir

Azərbaycanda şirkətin rəhbərliyi ləğv edilir


Dünən, 09:52

17 mart 2026-cı il saat 12.00-da “Suraxanı Avtomotoservis” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"DİA-AZ" xəbər verir ki, iclasın gündəliyinə aşağıdaı məsələlər daxildir:

1. ASC-nin idarə heyətinin ləğv edilməsi.

2. ASC -nin direktorlar şurasının ləğv edilməsi.

3. ASC-nin nizamnamənin dəyişdirilməsi və yeni redaksiyasının təqdim edilməsi.

4. Baş direktorun təyin edilməsi.

5. 2025-ci ilin yekununa aid baş direktorun hesabatı.

6. 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının yekunları üzrə təftiş komissiyası sədrinin hesabatı.

7. 2025-ci ilin illik balans hesabatının təsdiq olunması, balans mənfəətinin bölüşdürülməsi.

8. Digər cari məsələlər.

9. Bütün səhmdarların iştirakı vacibdir.

Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsi 4041-ci məhəllə.


Geri qayıt