Əsas Səhifə > Ana xəbər / Güney Press > Daha bir rayonun icra başçısı müavinini işdən çıxardı
Daha bir rayonun icra başçısı müavinini işdən çıxardı30-01-2026, 17:39 |
|
Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini və köməkçisi vəzifədən azad edilib. İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Firdovsi Əliyev müvafiq əmrlər imzalayıb.
Belə ki, Arif Ağayev icra başçısının müavini, Elvar Səfərov isə icra başçısının köməkçisi vəzifəsindən azad ediliblər.
Digər əmrlərlə A.Ağayev icra başçısının Füzuli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, E.Səfərov isə RİH-in Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoruna məsləhətçi vəzifəsinə təyin olunub.
Hazırda müavin və köməkçi vəzifələri isə vakansiyaya çıxarılıb.
Geri qayıt |